Yan 22, 2022 12:29 Asia/Baku
  •  Səbəb varlılarla yoxsulların gəlirləri arasındakı uçurum imiş

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev cümə günü ölkə biznesmenləri ilə görüşü zamanı bəyan edib ki, ölkədə yanvar ayında baş verən qarşıdurmaların əsas səbəbi varlılarla yoxsulların gəlirləri arasında yolverilməz uçurum olub.

SəhərAzəri-nin məlumatına əsasən,Qazaxıstan prezidenti idarə etdiyi ölkədə varlılar və kasıblar arasında uçurumun qəbuledilməz həddə çatdığını bildirib.

Tokayev korrupsiya fonunda Qazaxıstanın gəlirlərində təbəqələşməni barıt çəlləyinin ağzında yanan kibritə bənzədib və deyib ki, terrorçular və sui-istifadə edənlər bundan istifadə etdi.

Onun sözlərinə görə, baş verənlər illərdir yığılıb qalmış problemləri üzə çıxarıb və artıq ciddi islahatlara ehtiyac var.

"Bu gün bizim qarşımızda bütün ictimai strukturun köklü transformasiyası kimi strateji vəzifə durur. Bizə Qazaxıstan vətəndaşlarının istək və maraqlarına cavab verən real islahatlar lazımdır",-deyə Kasım-Jomart Tokayev bildirib.

Teqlər