Mart 01, 2022 12:55 Asia/Baku
  • BMT TŞ Ənsarullaha qarşı silah sanksiyasını bir il uzadıb

BMT Təhlükəsizlik Şurasının üzvləri əmirliklərin tələbi və himayəsilə Yəməndə Ənsarullah hərəkatına qarşı silah sanksiyalarının bir il müddətinə uzadılmasının lehinə səs veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Əmirliklər bu tələbi Yəmən ordusunun cari ildə Əbu-Dəbinin təcavüzlərinə cavab olaraq, əmirliklərdəki mülki təsisatlara qarşı raket və PUA ilə həyata keçirilmiş bir neçə hücumun məsuliyyətini üzərinə götürməsindən sonra irəli sürüb.

Son zamanlar Əbu-Dəbi Yəmən ordusunun əmirliklərin hücumları qarşısındakı müdafiəsi və müqavimətinin ardınca BMT Təhlükəsizlik Şurasından istədi ki, bu barədə fövqəladə iclas təşkil etsin.

Yəmən Ənsarullah hərəkatına qarşı sanksiyanın uzadılması qətnaməsi on bir lehinə və dörd tərəfsiz səslə qəbul olunub.

Rusiya və Çin bu qətnamənin lehinə səs veriblər. Dİplomatik mənbələr deyirlər ki, əmirliklər və Rusiya razılığa gəlibər ki, Əbu-Dəbi BMT-nin Ukrayna böhranı barədə Rusiya əleyhinə qarşıdakı səsverməsində Moskvaya qarşı səs verməkdən çəkinsin.

Teqlər