Putin: Rusiya kimi ölkə Qərb üçün təhlükədir
https://azeri.sahartv.ir/news/dünya-i388529-putin_rusiya_kimi_ölkə_qərb_üçün_təhlükədir
Vladimir Putin Qərbin Rusiya düşmənçiliyinin əsl səbəbləri barədə danışıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2022 06:01 Asia/Baku
  • Putin: Rusiya kimi ölkə Qərb üçün təhlükədir

Vladimir Putin Qərbin Rusiya düşmənçiliyinin əsl səbəbləri barədə danışıb.

SəhərAzəri Sputnik Xəbər Agentliyinə istinadən verdiyi məlumatına əsasən, Vladimir Putin deyib: "Rusiya kimi miqyaslı ölkə heç kimə lazım deyil, o Qərb üçün təhlükə törədir, lakin onlar özləri bütün dünya üçün təhlükədirlər."

Rusiya Prezidenti Sankt-Peterburqda Qanunvericilər Şurasının iclasında etdiyi çıxışında qeyd edib: "Biz faşistlərin sovet xalqına dair barbar planlarını xatırlayırıq. Ölkəmizə dost olmayanlar yeni geosiyasi silahın yaradılmasını sürətləndirirdilər. Əslində o yeni deyildi, lakin ona yeni qüvvə verdilər. Rusofobiya və neonasislərə dəstək verirdilər. İldən-ilə həyasızcasına bizimlə qonşu olan Ukraynanı anti-Rusiyaya çevirirdilər".

Putin sonda vurğulayıb ki, Ukraynadakı vəziyyətə kimsə kənardan müdaxilə etsə, ildırımsürətli cavab olacaq.