Ukrayna müharibəsi yeni mərhələyə daxil olur?
https://azeri.sahartv.ir/news/dünya-i388761-ukrayna_müharibəsi_yeni_mərhələyə_daxil_olur
Ukrayna qoşunları üçün silah-sursat gətirən NATO nəqliyyat vasitələri məhv ediləcək. Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 04, 2022 09:10 Asia/Baku
  • Ukrayna müharibəsi yeni mərhələyə daxil olur?

Ukrayna qoşunları üçün silah-sursat gətirən NATO nəqliyyat vasitələri məhv ediləcək. Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Şoyqu ABŞ və onun NATO müttəfiqlərimom Ukraynanı davamlı şəkildə silahla təchiz etdiklərini deyib: “Qeyd edirəm ki, Şimali Atlantika Alyansının Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ölkə ərazisinə silah və ya materialla gələn istənilən nəqliyyat vasitəsi bizim tərəfimizdən məhv etmək üçün qanuni hədəf hesab olunur”, - Şoyqu vurğulayıb.

 “Rusiya Silahlı Qüvvələri Ali Baş Komandanın qarşıya qoyduğu bütün tapşırıqları yerinə yetirməyə davam edəcək”, - müdafiə naziri əlavə edib.

Rusiya müdafiə nazirinin NATO-nun Ukraynaya silah daşıyan hərhansı nəqliyyat vasitələrinin hədəfə alınacağı barədə xəbərdarlığı Rusiya ilə NATO arasında birbaşa hərbi qarşıdurma riskinin artması barədə nigarançılıqlara səbəb olub.