Əfqanıstandakı zəlzələdə 1000-dən çox insan ölüb, 1500 insan yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i390399-Əfqanıstandakı_zəlzələdə_1000_dən_çox_insan_ölüb_1500_insan_yaralanıb
Taliban-ın təbii fəlakətlərin idarə olunması üzrə nazir müavini Şərəfəddin Müslüm bir mətbuat konfransında bildirib ki, ötən səhər Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı min nəfəri ötüb keçib, yaralıların sayı isə 1500 nəfərə çatıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2022 15:02 Asia/Baku
  • Əfqanıstandakı zəlzələ
    Əfqanıstandakı zəlzələ

Taliban-ın təbii fəlakətlərin idarə olunması üzrə nazir müavini Şərəfəddin Müslüm bir mətbuat konfransında bildirib ki, ötən səhər Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı min nəfəri ötüb keçib, yaralıların sayı isə 1500 nəfərə çatıbdır.

SəhərAzəri-nin məlumatına əsasən, Çərşənbə günü səhər saatlarında "Xost" şəhərinin təxminən 43 kilometrliyində Rixter şkalası ilə 6,1 bal gücündə zəlzələ baş verib.

Taliban lideri Haybatullah Axundzadə də bütün beynəlxalq yardım təşkilatlarını Əfqanıstanda çoxlu insanın ölümünə səbəb olan zəlzələdən zərər çəkənlərə yardım etməyə çağırıb.

İranın Kabildəki səfirliyi bu gün bir tvittdə yazıb: Təəssüflər olsun ki, Əfqanıstanda baş verən zəlzələ ağır tələfat törədib və bu ölkənin çox sayda vətəndaşının həlak olması və yaralanması ilə nəticələnib.

Əfqanıstanın möhtərəm xalqına başsağlığı verib, onun kədərilə bölüşən səfirlik ilkin tibbi yardımlar daşıyan iki təyyarənin göndərilməsi daxil olmaqla lazımi yardım tədbirlərinin görüldüyünü bildirib.