İyul 13, 2022 14:47 Asia/Baku
  • Sionist rejim və Yunanıstan birgə hərbi təlimlər keçiriblər

Sionist İsrail rejimi və Yunanıstanın Hərbi Hava Qüvvələri bölmələrinin iştirakı ilə birgə təlimlər keçirilib. Bu barədə sionist rejim məlumat verib.

Məlumata görə, işğal olunmuş Fələstinin hava məkanında keçirilən təlim çərçivəsində tərəflərin Hərbi Hava Qüvvələri havada bir sıra ssenariləri, o cümlədən qabaqcıl hava döyüşünü və təyyarələrə havada yanacaq doldurulmasını simulyasiya edib.

 Qeyd edək ki, Yunanıstan Kipr məsələsindən əlavə Aralıq Dənizində kəşf edilən enerji ehtiyatları ilə bağlı Türkiyə ilə ciddi böyran yaşayır və bu böhran hətta bəzən azqala hərbi qarşıdurma ilə nəticələnəcək həddə çatır.

Amerika başda olmaqla NATO üzvləri Türkiyəyə qarşı Yunanıstanı dəstəkləyirlər. Son vaxtlar Türkiyə prezidenti ABŞ-a Yunanıstanın Türkiyə sahillərində yerləşən adalarında hərbi bazalar yaratmasına öz etirazını dilə gətirərək, bu bazaların Rusiyaya qarşı olduğuna dair əsaslandırmaların tamamiylə yalan olduğunu bildirdi.

Teqlər