Zaxarova Con Boltonun etirafı ilə bağlı beynəlxalq araşdırmaya çağırıb
-
Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun xaricdə dövlət çevrilişlərinin təşkilində iştirakla bağlı etirafını əlavə təhlil tələb edən bir fakt kimi dəyərləndirib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir tvitdə yazıb: "ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun xarici ölkələrdə dövlət çevrilişi hazırlığına kömək etməsi ilə bağlı açıqlamaları beynəlxalq təhqiqat tələb edən bir faktdır".
Zaxarova qeyd edək ki, bundan əvvəl Tramp tərəfdarlarının Kapitoli binasına hücumunu şərh edərkən, Bolton "Digər ölkələrdə dövlət çevrilişinin planlaşdırılmasına kömək etmiş bir şəxs kimi demək istəyirəm ki..." ifadəsini işlədib.