Xəzər dənizi gəmiçiliyinin fəaliyyət dairəsi genişlənir
İranın Xəzər dənizi gəmiçiliyi idarəsinin icraçı direktoru vurğulayıb: Xəzər dənizi gəmiçiliyinin fəaliyyət dairəsi bu dənizi aşıb keçiməklə Azov dənizinə və Qara dənizə, həmçinin Hindistan və Pakistana gedib çatıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, Kapitan Davud Abdar-Təfti deyib: 1400-cü günəş ilində ondan qabaqkı ilə nisbətən əmtəə mal tranziti sahəsində 162 faizlik inkişafı qeydə almışıq ki, bu da bu gəmiçiliyin tarixində misilsizdir.
İran İslam Respublikasının gəmiçilik qrupunun bu müvəffəqiyyətə nailolma sahəsindəki dəstəyinin çox təsirli olduğuna təkid edən Abdar-Təfti əlavə edib: Çin-Qazaxıstan-İran konteyner xətti əvvəlkindən daha aktiv olub və müntəzəm həftəlik proqram əsasında bu marşrutda bir ədəd tamkonteynerli gəmidən həftəlik istifadə ilə rövnəq tapıbdır.
İranın Xəzər dənizi gəmiçiliyi idarəsinin icraçı direktoru qeyd edib: Xəzər dənizi gəmiçiliyi idarəsi daxili istehsalçılara konteyner daşıma qabiliyətinə malik olan 3500 tonluq «Ceneral Karqo» tipli iki ədəd gəminin düzəldilməsini sifariş verib. Bu gəmilər son dərəcə modern texnologiyalar, o sıradan aşağı yanacaq istehlakı və yüksək sürətlə təchiz olunacaqlar. Onların düzəldilməsinin əsas etapı cari ilin avqust ayının sonlarından başlanacaq.