Klassik musiqi dünyasında misilsiz hadisə
https://azeri.sahartv.ir/news/dünya-i391139-klassik_musiqi_dünyasında_misilsiz_hadisə
İran orkestri drijorunun Rusiyanın Sankt-Peterburq şəhərindəki konserti rus tamaşaçıların rəğbətilə üzləşdiyinə görə, ondan rəsmən Vyanaya uçuşunu ləğv edib, digər bir musiqi proqramı icra etməsi istənilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2022 15:04 Asia/Baku
  • Əli Rəhbəri
    Əli Rəhbəri

İran orkestri drijorunun Rusiyanın Sankt-Peterburq şəhərindəki konserti rus tamaşaçıların rəğbətilə üzləşdiyinə görə, ondan rəsmən Vyanaya uçuşunu ləğv edib, digər bir musiqi proqramı icra etməsi istənilib.

SəhərAzəri-nin məlumatına əsasən, İyulun səkkizində İran orkestrinin drijoru Əli Rəhbəri tanınmış rus drijor Valeri Gergiyevin dəvətilə Sankt-Peterburqda «Mariinskiy Teatr»da səhnəyə çıxıb.

İran orkestrinin drijoru iki məşhur əsəri- Rusiyanın görkəmli bəstəkarları Rimski-Korsakovun- «Şəhrizadə» simfonik süitası və Şostakoviçin beş nömrəli simfoniyası kimi iki məşhur musiqi əsərinin icrasına dirijorluq edib.

Rusiya dövlət televiziyası tərəfindən lentə alınıb, yayılan bu konsert rus tamaşaçıların, tanınmış rus drijor Valeri Gergiyevin və onun orkestr ifaçılarının rəğbətilə üzləşdiyinə görə, İran orkestrinin rəhbəri və drijorundan rəsmən Vyanaya uçuşunu ləğv edib, iyulun on dördündə digər bir musiqi proqramına drijorluq etməsi istənilib.

Bu hərəkət klassik musiqi dünyasında, xüsusən «Mariinskiy Teatr»da tamamilə qeyri-adi və heyranedici bir hərəkətdir, zira musiqi proqramlarından hər birinin icrası illər öncədən planlaşdırılır.