Rusiya ilə Qərb arasında enerji sahəsində yeni qarşıdurma
Qaz savaşının qalibi kim olacaq? - TƏHLİL
Böyük Yeddilik kimi tanınan dünyanın yeddi sənayeləşmiş ölkəsinin maliyyə nazirləri sentyabrın 2-də onlayn görüşdə Rusiya neftinin ixracı üçün qiymət həddini müəyyən etmək barədə razılığa gəliblər.
SəhərAzəri-nin məlumatına əsasən, açıqlamada onlar Rusiya xam neftinin və neft məhsullarının dəniz daşımalarına məhdudiyyətlər qoymaq niyyətində olduqlarını və yalnız Moskvanın qiymət həddinə əməl edəcəyi təqdirdə bu ölkənin ixrac etdiyi neftə daşıma xidmətlərinin göstəriləcəyini açıqlayıblar.
Beləliklə də G7 nazirləri həssas istehlakçı ölkələrin Rusiya kimi enerji bazarlarına çıxışını davam etdirmək üçün məqsədyönlü qiymətlərin azaldılması mexanizmlərinin yaradılmasını elan etmişlər. Onlar həmçinin neft hasilatının artırılmasına çağırıblar və OPEK-in hasilatı artırmaq qərarını alqışladılar. Vaşinqton bu hərəkəti alqışlamaqla Rusiyanın neft ixracına ciddi ziyan vuracağına ümid etdiyini bildirib və bu addımın Rusiyanı Ukraynadakı müharibəyə yönəltdiyi gəlirdən məhrum edəcəyini, həm də Rusiya iqtisadiyyatının pisləşməsini sürətləndirəcəyini vurğulayıb.
Birmənalı şəkildə Rusiya iqtisadiyyatını mümkün qədər zəiflətməyə və onun valyuta gəlirlərini azaltmağa yönəlmiş bu hərəkət Moskvanın kəskin reaksiyası ilə üzləşib.
Eyni zamanda, Rusiya Qərbin düşmənçilik hərəkətlərinə qarşı çıxmaq üçün Avropa qitəsindəki qaz müştərilərinə qarşı müvafiq tədbirlər qəbul edib. Rusiyanın "Qazprom" şirkəti cümə günü elan edib ki, "Şimal axını 1" boru kəmərində baş verən sızma səbəbindən Avropaya əsas qaz ötürmə xətlərindən biri olan bu xətlə qaz ixracı tamamilə dayandırılıb.
Moskvanın nöqteyi-nəzərindən Avropa ölkələrinin yalnız iki yolu var. Birinci yol, Rusiyaya qarşı sanksiyaların ləğvi və əslində “Şimal axını 1” boru kəmərinin tamamlayıcısı sayılan və hazırda istismara hazır olan, lakin Almaniya hökumətinin maneələri üzündən istifadəsiz qalan “Şimal axını 2” qaz kəmərinin işə salınmasıdır. İkinci yol iqtisadi problemlərin kəskinləşməsinə və Avropa vətəndaşlarının həyat vəziyyətinin getdikcə daha da mürəkkəbləşməsinə gətirib çıxaracaq Rusiyaya qarşı hazırkı düşmənçilik yanaşmasını və siyasətini davam etdirməkdir.
Beləliklə, Rusiya ilə Qərb arasında qarşıdurma və əslində enerji müharibəsinin yeni mərhələyə qədəm qoyduğu görünür. Hər iki tərəfin qarşı tərəfi vurmaq üçün bütün mövcud vasitələrdən istifadə edir. Havaların soyuması ilə Rusiya öz rəqibləri və düşmənlərini diz çökdümək üçün qaz silahından məharətlə istifadə etməkdə qərarlıdır.