Avropa başçılarının enerji böhranı üçün naməlum yol xəritəsi
Avropa Birliyinin Brüsseldə keçirilən ikigünlük sammitinin nəticəsi enerji böhranı ilə mübarizə tərzi barədə naməlum nəticəli yol xəritəsindən başqa bir şey olmayıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, macəra Almaniya-Fransa ixtilafından başlandı. Almanlar Rusiya qazının kəsilməsindən irəli gələn qiymət artımının əvəzini çıxmaq məqsədilə 200 milyard avro dəyərində enerji yardımı paketini qəbul etdirdilər.
Almanların bu özbaşına hərəkəti Fransanın kəskin reaksiyası ilə üzləşdi. Belə ki, oktyabrın 26-da Makron və Şoltsun başçılığı altında keçirilməsi qərara alınmış iki ölkə nazirlərinin birgə iclası ləğv olundu.
Makron Brüssel sammitinin kənarında iki ölkə münasibətləri barədə kinayə ilə Almaniya kanslerinə dedi: Mən demirəm ki, bir dağılma baş verib. Mən bu beş ildə həmişə Avropa vəhdəti və irəliyə doğru hərəkət üzrə bir təklif verməyə çalışmışam.
Bu kəskin mövqetutmalarla, belə görünür ki, Almaniya-Fransa əlaqələri Avropa əməkdaşlıq mühərriki kimi işdən düşübdür.
Fransa parlamentinin fəxri üzvü Cek Meyard Avropa ölkələrindəki kəskin xalq etirazlarına işarə ilə deyir: İnsanların səbri tükənməzdən öncə bir çarə qılmaq lazımdır.
Bir çoxları bu qənaətdədirlər ki, əgər Almaniya və Fransa kompromisə gəlməyə müvəffəq olmazlarsa, Avropa Birliyinə üzv 27 ölkənin uğur qazana biləcəyini təsəvvür etmək çətindir.
Hal-hazırda Avropa liderləri enerji qiymətində partlayışın qarşısını almaq üçün qarşıdakı həftələrdə tədbirlər görmək məqsədilə yol xəritəsi üzərində razılığa gəliblər. Bu, razılaşmaya çatmaq üstündə razılığa gəlmək deməkdir.