Rusiya XİN: ABŞ sanksiyaları siyasi şantaj mexanizminə çevirməyə çalışır
https://azeri.sahartv.ir/news/dünya-i394784-rusiya_xİn_abŞ_sanksiyaları_siyasi_şantaj_mexanizminə_çevirməyə_çalışır
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ Kubada olduğu kimi birtərəfli sanksiyalara siyasi şantaj mexanizmi statusu verilməsi ilə bağlı uğursuz cəhdlər edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2022 04:23 Asia/Baku
  • Rusiya XİN: ABŞ sanksiyaları siyasi şantaj mexanizminə çevirməyə çalışır

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ Kubada olduğu kimi birtərəfli sanksiyalara siyasi şantaj mexanizmi statusu verilməsi ilə bağlı uğursuz cəhdlər edir.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir: “Görünən odur ki, Birləşmiş Ştatlar uğursuz cəhdlərlə Monro doktrinasına qlobal miqyas, qeyri-qanuni birtərəfli sanksiyalara isə siyasi şantajın universal mexanizmi statusu verməyə çalışır”.

XİN bildirib ki, Kuba ilə bağlı məsələdə də ABŞ dünya ictimaiyyətinin böyük əksəriyyətinin fikrinə əhəmiyyət verməyib.