Yan 10, 2023 19:17 Asia/Baku
  • İraqın məhkəmə sistemi Donald Trampa qarşı həbs qərarı verib

Şəhid Süleymaninin terror işini təqib edən komitənin İraq ədliyyə rəsmisi bildirib ki, İraq məhkəmə sistemi tərəfindən ABŞ-ın keçmiş prezidenti Donald Tramp barəsində həbs qərarı çıxarılıb. O, bu sözləri İranın ədliyyə nazirinin birinci müavini Məhəmməd Müsəddiq Kəhnəmuyi ilə görüşündə deyib.

SəhərAzəri-nin məlumatına əsasən, Müsəddiq bu görüşdə deyib: "İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsini Ejeyi İraq Ali Məhkəmə Şurasının rəhbərinə ünvanlanmış məktubda İraqın bu işlə bağlı gördüyü işlərə görə minnətdarlığını və təşəkkürünü bildirib".

İran ədliyyə nazirinin birinci müavini deyib: "Şəhid Qasim Süleymani təkcə bir şəxs deyil, İslam yolunda canını fəda etmiş bir xalq idi".

O əlavə edib ki, bu cinayətin göstəriş verənləri və icraçıları ilə bağlı sənədlər artıq İraqa təqdim edilib.

Müsəddiq həmçinin əlavə edib ki, hüquqi standartları nəzərə alaraq, bu hadisənin milli təhlükəsizliyə qarşı cinayət olduğu aydındır və buna uyğun olaraq araşdırılmalı və təqib edilməlidir. 

O, İraq tərəfini bu işi digər cinayətlərə bənzər sadə bir iş kimi davam etdirməməyə çağırıb, çünki hadisənin komandiri qətl və cinayət törətməklə yanaşı, iki ölkənin təhlükəsizliyini də pozub.

Müsəddiq daha sonra bildirib ki, İran dövləti öz səlahiyyətlərinə uyğun olaraq bu cinayəti törədənlərlə bağlı ilkin araşdırmalar aparıb və tezliklə onların ittihamnamələri açıqlanacaq.

Bağdadın işi ciddi şəkildə davam etdirəcəyini vurğulayan İraq tərəfi də bildirib ki, hətta beynəlxalq təşkilatlar və qeyri-müsəlmanlar da bu cinayəti insan haqlarının və İraqın suverenliyinin pozulması kimi pisləyiblər.

Teqlər