Fev 27, 2023 18:15 Asia/Baku
  • Borrel Çinin təşəbbüsünü tənqid edib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Çinin sülh təşəbbüsünü tənqid edərək onun bunu “sülh planı” olduğuna inanmadığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Jozep Borrel deyinb: “Çin sənədində qurbanla təcavüzkar eyni səviyyəyə qoyulur. Əslində, bu, sülh planı deyil və əsasən Çin rəhbərliyinin məlum tezislərini təkrarlayır, bəzilərini bölüşürük, lakin vacib olanlar çatışmır, tərəfləri bərabər mövqeyə qoyaraq təcavüzkarı qurbandan fərqləndirmir”, - deyə Avropa diplomatiyasının rəhbəri vurğulayıb.

Xatırladaq ki, Çin Xarici İşlər Nazirliyi fevralın 24-də Ukraynadakı müharibənin həlli planını açıqlayıb. Rəsmi Pekin 12 bəndi sadalayır ki, bunlar arasında “soyuq müharibə mentalitetinin” vazkeçmə, suverenliyə hörmət, atəşkəs və sülh danışıqlarının başlanması daxildir.

Pekinin təşəbbüsü Rusiya XİN tərəfindən dəstəklənib. Ukrayna prezidenti Volodimir Zelenski isə Çinin təklifinin sülh planı deyil, müharibə haqqında düşüncələrin ifadəsi olduğu qənaətindədir.

 

Teqlər