Avq 03, 2023 15:21 Asia/Baku
  • Pekində misilsiz daşqınlar baş verib

Çinin paytaxtı aramsız leysan yağışlarının səbəb olduğu misli görünməmiş daşqınlarla üzləşib.

Sinxua agentliyinə görə, xilasedicilər Pekin məhəllələrinin birində bloklanmış vəziyyətdə qalan insanların köməyinə çatmağa çalışırlar. Helikopterlər yolları su altında qalmış ucqar ərazilərə ləvazimatlar daşıyır.

Son bir neçə gündə təbii fəlakət nəticəsində azı 20 nəfərin həlak olduğu, regionun müxtəlif şəhərlərində 133 mindən çox insanın zərər çəkdiyi bildirilir. Aramsız yağan yağışlar küçələri su altında qoyub, ağaclar kökündən çıxıb, elektrik xətləri zədələnib.

Daşqınlar Pekin hakimiyyətini çaş-baş qoyub. Çünki Çin paytaxtında yay adətən yağmursuz və isti keçir.

 

Teqlər