Apr 12, 2024 13:28 Asia/Baku
  • ABŞ-ın müdafiə naziri sionist həmkarını tənqid edib

Bir Amerika nəşri bildirib ki, ABŞ müdafiə naziri sionist həmkarını sionist rejimin Dəməşqə hücumu barədə əvvəlcədən xəbəri olmadığı üçün tənqid edib.

Mehr Xəbər Agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, Amerikanın “The Washington Post” qəzeti öz hesabatında yazıb ki, ABŞ müdafiə naziri Lloyd Oustin, İsrailin Suriyadakı İran konsulluğuna hücumundan əvvəlcədən xəbərsiz olduğu üçün israilli həmkarını tənqid edib.

Məlumata əsasən, Oustin hesab edir ki, Təl-Əviv onu Dəməşqə hücum barədə əvvəlcədən məlumatlandırmalı idi, çünki bu hücum ABŞ-ın regiondakı qüvvələri üçün geniş nəticələrə gətirib çıxara bilər.

Ağ Ev daha əvvəl bildirmişdi ki, Vaşinqton bölgədə münaqişə və yeni dövrün başlanmasını istəmir. 

Digər tərəfdən, Amerikanın Bloomberg saytı, Amerika və sionist rejimin kəşfiyyat qiymətləndirmələri ilə yaxından tanış olan kəslərin açıqlamalarına istinad edərək, İranın raket və pilotsuz təyyarələr də daxil olmaqla, İsrailin hərbi obyektlərinə qarşı çox yüksək dəqiqliklə hücumlar həyata keçirə biləcəyini bildirib.

Bu hesabatda sitat gətirilən şəxslərdən biri deyib ki, hazırda əsas məsələ Tehranın İsrailə nə vaxt hücum edəcəyidir?

Eyni zamanda, Amerika İsrail rejimindəki diplomatlarına da səfərlərini məhdudlaşdırmaq barədə xəbərdarlıq edib. ABŞ-ın Təl-Əvivdəki səfirliyi bir bəyanatda əməkdaşlarının və diplomatların ailə üzvlərinin Tel-Əviv, Qüds və Beer-Səbə-dən kənara çıxmamalarının zəruri olduğunu bildirib. 

ABŞ Dövlət Departamenti bu bəyanata əsaslanaraq, amerikalı diplomatlardan mümkün qədər lazımsız səfərlərdən çəkinmələrini istəyib.

Amerikanın bu xəbərdarlığı Təl-Əviv ilə Tehran arasında gərginliyin artmasından sonra edilib.

Sionistlərin İranın Dəməşqdəki konsulluğuna hücumu və bir qrup İran qüvvələrinin şəhadətindən sonra Tehranın hakimiyyət orqanları sionist rejimə peşmanedici cavab verməkdə israrlıdırlar və bu məsələ sionistlər və onların amerikalı müttəfiqləri üçün geniş narahatlıq mənbəyinə çevrilib. 

Bir neçə gün əvvəl "Əl-Ərəbiyyə" kanalı İranın sionist rejimə mümkün hücumu fonunda ABŞ-ın geniş hərəkatları barədə məlumat yayıb. Əl-Ərəbiyyə bununla bağlı bildirib: "ABŞ Mərkəzi Komandanlığının komandanı general "Mac Corla"nın Tehranın və ya onun nümayəndələrinin hər hansı mümkün hücumu ilə koordinasiya etmək üçün Təl-Əvivə səfəri gözlənilir. 

Bu Səudiyyə mediası, həmçinin bildirib ki,  Amerikanın Yaxın Şərq üzrə nümayəndəsi Brett Makqerkin ərəb ölkələri ilə məsləhətləşmələr apardığını açıqlayıb. Adının açıqlanmasını istəməyən məlumatlı bir mənbə isə bildirib ki, Makqrrk BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və İraqın xarici işlər nazirləri ilə əlaqə saxlayıb və onlardan İrana bu ölkəni İsraillə gərginliyi azaltmağa çağıran mesaj göndərmələrini istəyib".

Adı çəkilən mənbə belə deyib: "Amerika elçisi bu ölkələrin rəsmilərindən İranın xarici işlər naziri ilə əlaqə saxlamalarını və bu ölkənin İsraillə vəziyyəti sakitləşdirməli olduğunu ehtiva edən mesajın çatdırılmasını xahiş edib". 

Çərşənbə günü sionist rejimin müharibə naziri Yoav Qallant rejimin digər rəhbərləri kimi İrana qışı sərsəm fikirlər səsləndirib və belə iddia edib: "Düşmənlərimiz onlar üçün hansı sürprizlər hazırladığımızı bilmirlər. Kim bizə hücum etmək istəsə, bizim müdafiə səddinimizlə üz-üzə qalacaq və öz ərazisində güclü reaksiya görəcək".

Həmçinin çərşənbə günü səhər sionist rejimin xarici işlər naziri İsrail Katz İrana qarşı iddialarını təkrarlayaraq, deyib: "Əgər İran öz ərazisindən İsrailə hücum edərsə, İsrail İranda cavab verəcək. İsrail bu cür hücumlara dözə bilməz".

İsrail Katz daha sonra iddia edib ki, İsrail Dəməşqdəki konsulluq obyektlərinə hücuma görə İranın reaksiyasından qorxmur. İsrail İranın Dəməşqdəki konsulluğuna hücuma görə məsuliyyəti üzərinə götürməyib. Amma İran bizə cavab verəcəyini açıqlayıb. Bu təhdid bizi qorxutmur, biz İranla müharibə istəmirik, amma bizə hücum edilərsə, cavab verəcəyik".

Teqlər