İyul 31, 2017 10:57 Asia/Baku
  • Kriştiano Ronaldo
    Kriştiano Ronaldo

Futbol üzrə Portuqaliya yığmasının ulduzu Kriştiano Ronaldo vergidən yayınma ittihamı haqda izahat vermək üçün Madrid məhkəməsinə gedəcək.

İspaniyanın kral klubu Real Madridin ulduzu Kriştiano Ronaldo Madridin Puzuel De Alarkon məhkəməsinə gedəcək ki, vergidən yayınma ittihamına cavab versin. 

Ronaldo 14 milyon 700 min avro vergidən yayınmaqda ittiham olunur. 

Ulduz futbolçu bir serialda reklam çarxlarında öz kadrının yayımlanmasına dair gəlirin vergisinin əsas hissəsini İspaiyanın Vergilər İdarəsindən gizlətməkdə suçlanır. 

Qeyd edək ki, ötən il də Argentina yığmasının kapitanı və İspaniyanın Barcelona klubunun forvardı, ulduz futbolçu Lionel Messi də vergidən yayınmaqda ittiham olunmuşdu. 

Teqlər