Noy 25, 2017 22:02 Asia/Baku
  • Görmə qabiliyyətinin bərpası üçün İranda ilk addım atıldı
    Görmə qabiliyyətinin bərpası üçün İranda ilk addım atıldı

Gözün süni retinasının köçürülməsi əməliyyatının cərrahı deyib: Süni retinanın köçürülməsi tam korluğu müalicə etmək üçün ilk addımdır.

Həkim əlləri tibb elmində böyük bir əməliyyatı gerçəkləşdirmək üçün hazırlaşır. Görmə qabiliyyəti olmayan gözlər də 42 ildən sonra ilk dəfə olaraq dünyanı görməyə hazırlaşır. Ölkədə tam korluğa son qoymaq üçün ilk addım indi Şirazda sınaqdan keçirilir. 42 ildir görmə qabiliyyəti olmayan xanım görmək ümidi ilə bu böyük sınağa könüllü olur.

Doktor Fərvərdin komandası ilə birlikdə yeni texnologiya ilə gözün süni retinasının əməliyyatını həyata keçirir.

Doktor Fərvərdin deyib: İnşallah, biz əziz İranda oftalmologiya sahəsində gözün süni retinasının əməliyyatının şahidi olacağıq.

Ən peşəkar oftalmoloqların iştirakı ilə əməliyyat başlanır. Bu mürəkkəb və modern cərrahiyyə əməliyyatında xəstənin gözləri yanında avadanlıq yerləşdirərək ətrafdan qeydə alınan kadrlar kabel vasitəsi ilə gözün üzərinə ötürülür.

Ağır əməliyyat 6 saatdan sonra sona çatır.

Doktor Fərvərdin əməliyyatdan sonra deyib: Xoşbəxtlikdən bu mürəkkəb əməliyyat tam uğurlu şəkildə başa çatdı.

Xəstənin gözünün dünyaya açılması vaxtı gəlib çatır. Beləliklə bu əməliyyat uğurlu nəticə ilə başa çatır.

 

Teqlər