İranın güləş federasiyasının sədrinin Netanyahuya cavabı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i288287-İranın_güləş_federasiyasının_sədrinin_netanyahuya_cavabı
İranın Güləş Federasiyasının sədri sionist rejimin baş nazirinin sözlərinə cavab olaraq deyib: İran xalqı sizin və sizinlə eyni fikirdə olanların İranın düşməni olduğu barədə eyni mövqedədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 05, 2017 08:56 Asia/Baku
  • İranın güləş federasiyasının sədrinin Netanyahuya cavabı
    İranın güləş federasiyasının sədrinin Netanyahuya cavabı

İranın Güləş Federasiyasının sədri sionist rejimin baş nazirinin sözlərinə cavab olaraq deyib: İran xalqı sizin və sizinlə eyni fikirdə olanların İranın düşməni olduğu barədə eyni mövqedədir.

Sionist rejim baş naziri Benyamin Netanyahu özünün Tvitter səhifəsində bir video mesajda iranlı güləşçinin ümumdünya yarışlarında bu rejimin nümayəndəsi ilə rəqabətdən çəkindiyinə görə qəzəbləndiyini bildirmişdir. 

Polşada keçirilən 23 yaşınadək güləş üzrə dünya çempionatı yarışlarında 86 kq çəki dərəcəsində iştirak etmiş iranlı güləşçi Əlirza Kərimi sionist rejimin nümayəndəsi ilə rəqabətdən imtina etmişdi. 

İran Güləş Federasiyasının rəhbəri Rəsul Xadim bir mesajda sionist rejimin illər boyu İran xalqı ilə düşmənçilikdən sonra hələ İran xalqını tanımadığını bildirərək deyib: Bütün etnik və dini qruplar, düşüncələr və baxışlar daxil İran xalqı öz düşməni qarşısında vahid mövqedədir və düşmənləri öz məqsədlərinə çatmaqda nakam qoyur.