Dek 14, 2017 21:30 Asia/Baku
  • İranlı güləşçilər ilk gündə inamlı təsir bağışladı
    İranlı güləşçilər ilk gündə inamlı təsir bağışladı

Yunan-Roma Güləşi üzrə 4-cü Dünya Klubları Kubokunun ilk günündə İranın üç təmsilçisi inamlı təsir bağışlayıb.

İranın İsfahan şəhərində yunan-roma güləşi üzrə dördüncü Dünya Klublarının Kuboku start götürüb. İlk gündə Sina-Sənət İzə klubu Rumıniyanın Olimpik Hops komandası üzərində inamlı qələbə qazanıb: 8-2. Qumun Hərəm Müdafiəçiləri Şəhidləri komandası da həmin nəticə ilə Gürcüstanın Georgin Klub komandasını məğlub edib. Ermənistanın Dinamo klubu Yunanıstanın Paok klubundan üstün olub. Həmçinin Türkiyənin Büyükşehir klubu Ukraynanın Samsun komandasını məğlub edib. İsfahanın Bime-Razi klubu da Qırğızıstanın Fizikal-Akademiya klubunu on-sıfır hesabı ilə darmadağın edib.

Qeyd edək ki, İsfahanda keçirilən Dünya Klubları Kubokunda 13 komanda çempionluq uğrunda mübarizə aparır.

Teqlər