Yan 24, 2018 22:09 Asia/Baku
  • İran fəzaya peyk göndərmək texnologiyasına malik 11 ölkədən biridir

İranın Milli Kosmonavtika Mərkəzinin müdiri deyib: İran İslam Respublikası fəzaya peyk göndərmək texnologiyasına malik olan 11 ölkədən biridir.

İRİB-nin verdiyi məlumata görə, Mənuçöhr Məntiqi deyib: Amerika keçmişdə 33 ölkəyə kosmik və peyk məlumatlarından istifadə icazəsi verib. Və İran bu ölkələrdən biri olub. Amma, İranda sadəcə operatorluq işləri həyata keçirilərdi və mühəndislik işləri sadəcə amerikalı mütəxəssislər tərəfindən həyata keçirilirdi.

İranın Milli Kosmonavtika Mərkəzinin sədri əlavə edib: İslam İnqilabının qələbə çalmasından sonra İranın kosmonavtika sahəsi peyklər və peyk daşıyan raketlərin hazırlanması üzrə iki əsas ixtisaslaşdırılmış sahəyə ayrıldı. Hazırda çox az ölkə peyk daşıyan raketlərin quraşdırılması sahəsində fəaliyyət göstərir. Hazırkı şəraitdə İran bu texnologiyaya malik olan 11 ölkədən biridir.

Teqlər