İran Təxti Kubokunu qazandı
Yan 27, 2018 10:03 Asia/Baku
İran İslam Respublikasının yunan-roma güləşi üzrə yığma komandası Təxti Kubokunda üç qızıl, bir gümüş, səkkiz bürünc medal və 192 xalla çempion olub.
İRNA-nın məlumatına görə, İran İslam Respublikasından sonra, Türkiyə və Qazaxıstan yığmaları müvafiq olaraq iki və üçüncü yerləri tutublar.
Yunan-roma güləşi üzrə 32-ci Təxti Kuboku İran, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Türkiyə, Rumıniya, Ukrayna, İtaliya, Kuba və Bolqarıstandan 127 idmançının iştirakı ilə İranın cənub-şərqində Xuzistan vilayətinin Mahşəhr liman rayonunda başlayıb və ötən gün sona çatıb.