İranlı taekvandoçular olimpiya yarışlarında iştirak üçün daha 3 vəsiqə əldə ediblər
Tunisdə keçirilən seçmə oyunlarında İranlı takevandoçular Olimpiyada iştiraka 3 vəsiqə əldə ediblər.
İRİB-nin verdiyi məlumata görə, gənclərarası olimpiya yarışlarında iştiraka seçmə oyunları 438 taekvandoçunun iştirakı ilə Tunisin Əl-Həmamat şəhərində start götürüb. Bu yarışlarda hər ölkə maksimum 3 qız və 3 oğlan iştirakçıya malik ola bilər.
Yarışların birinci günündə oğlanlar 48 və 73 kiloqram çəki dərəcələrində, qızlar isə 49 və 63 kiloqram çəki dərəcələrində mübarizə aparıblar. Bu yarışlarda İranın 3 təmsilçisi olimpiya yarışlarında iştiraka vəsiqə əldə edib.
Bu gün də yarışların sonuncu günündə oğlanlar 55 və 63, qızlar isə 44, 55 və 63 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar.
Üçüncü gənclərarası olimpiya yarışları cari ilin oktyabrında Argentinada, Buenes Ayres şəhərində keçiriləcək.