Apr 09, 2018 17:24 Asia/Baku
  • Beynəlxalq avtomexanika sərgisi
    Beynəlxalq avtomexanika sərgisi

Avtomexanika sərgisi mötəbər beynəlxalq sərgilərdən olaraq, hər il dünyanın sənaye şəhərlərindən birində keçirilir. 46 ölkə, o sıradan İran, İstanbul avtomexanika sərgisində iştirak edib.

Dünya üzrə ehtiyat hissələri düzəldənlərin böyük toplantısı. 46 ölkə, o sıradan İran, İstanbul avtomexanika sərgisində iştirak edib. İranlı ehtiyat hissələri düzəldən şirkətlər ixracat, yeni müştərilər əldə etmək və müştərilərin sifarişlərinə əsasən, detal istehsalı həcmini artırmaq məqsədilə sərgidə iştirak ediblər.

""İran Xodro" təkcə avtomobil düzəltmir. Biz avtomobil istehsalının kənarında xarici avtomobillərin ixracatı üçün detal istehsalı ilə bağlı sifarişlər də almışdıq ki, bu sahədə ötən ildə Avropa və Türkiyədən altı min ton detal istehsalı sifarişi gəlmişdi.

İranlı şirkətlərin məqsəd bazarları, bəzi Avropa ölkələri, o cümlədən Fransa, İtaliya, İspaniya və Türkiyədir".

""SAYPA"nın 2017-ci ildəki bütün məqsədləri buna əsaslanırdı ki, on milyon dollar səviyyəsində ixracata malik olmuş olsun və bu məsələ, reallaşıbdır. 2018-ci il üçün əsas hədəf, təqribən iyirmi milyon dollardır ki, iranlı sənaye işçilərinin və bacarıqlı dostların həmkrlığı ilə ümid edirik ki, bu hadisə baş verəcək".

Builki sərgidə və əmtəə mal və xidmətlər üzrə altılıq qruplar arasında detal istehsalçıları və avtomobil məcmuələri ən çox iştiraka malik olublar və ondan sonra elektron detal və təmir emalatxanası təchizatlarının istehsalçıları özlərinin son nailiyyətlərini təqdim ediblər.

Teqlər