Bakıda İranın gənclər və idman naziri qırğız həmkarı ilə görüşüb
-
Bakıda İranın gənclər və idman naziri qırğız həmkarı ilə görüşüb
İran İslam Respublikasının gənclər və idman naziri Bakıda keçirilən İslami Əməkdaşlıq Təşkilatının 4-cü nazirlər iclasının kənarında Qırğızıstanın Gənclər və İdman Təşkilatının sədri ilə görüşüb.
İRİB-in Bakıdan verdiyi məlumata görə, Sultanifər qırğızıstanlı həmkarı Kanat Amankulov ilə görüşündə deyib: İran 75 min nəfərlik iri stadionların inşası və 6 min nəfərlik üstü örtülü idman zalları layihəsinin icrasında yaxşı təcrübələrə malikdir və Qırğızıstan bu təcrübələrdən isfifadə edə bilər.
Sultanifər deyib: İran İslam Respublikası prezidenti Ruhaninin siyasətinə görə, ölkənin bütün potensialları dost və qonşu ölkələrin ixtiyarına verilə bilər.
Görüşdə Qırğızıstanın Gənclər və İdman Təşkilatının sədri də bu görüşdə deyib: İran və Qırğızıstan arasında idman əlaqələri xüsusiylə güləş sahəsində çox səmimidir.
Kanat Amankulov deyib: Biz İranla təcrübə mübadiləsinə hazırıq , eləcə də İranın idman infransturukturların yaradılması istiqamətindəki qabiliyyətlərindən faydalanmaqda maraqlıyıq.