İranın stolüstü tennis yığması dünya üzrə birinci dəstəyə çıxıb
May 05, 2018 17:56 Asia/Baku
-
İranın stolüstü tennis yığması dünya üzrə birinci dəstəyə çıxıb
İranın stolüstü tennis yığması beynəlxalq İsveç yarışlarında ilk dəfə olaraq, dünyanın birinci dəstəsində iştirak vəsiqəsini əldə edib.
İsveçin Halmstad şəhərində keçirilən beynəlxalq stolüstü tennis yarışlarının davamında İranın kişilərdən ibarət stolüstü tennis yığması bu gün Ukrayna komandasını 3:1 hesabı ilə məğlub edərək, ikinci dəstənin finalına çıxmaqla bərabər, dünyanın birinci dəstəsində iştirak vəsiqəsini də qazanıbdır.
İranın kişilərdən ibarət stolüstü tennis yığması bundan öncə Lüksemburq, Puerto-Riko, Amerika və İspaniya komandalarını məğlub etmişdi.
İran finalda Macarıstan-Slovakiya görüşünün qalibi ilə mübarizə aparmalıdır.