İyun 17, 2018 19:03 Asia/Baku
  • İranın sərbəst güləş üzrə əlil yığması Dünya Çempionu olub
    İranın sərbəst güləş üzrə əlil yığması Dünya Çempionu olub

İranın sərbəst güləş üzrə eşitmə qabiliyyəti olmayan yığma komandası Rusiyada keçirilən Dünya Çempionatında 5 qızıl, bir gümüş və 2 bürünc medalla çempion olub.

İSNA-nın məlumatına görə, eşitmə qabiliyyəti olmayan idmançılar üzrə Rusiyanın Vladimir şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Çempionatının sonunda Türkiyə və Rusiya yığmaları müvafiq olaraq iki və üçüncü yerləri tutublar. 

İran yığması bu çempionatda 57, 70, 74, 86 və 92 kq çəki dərəcələrində qızıl medal, 61 kq çəki dərəcəsində gümüş medal, 79 və 97 kq çəki dərəcələrində isə bürünc medala layiq görülüb. 

Eşitmə qabiliyyəti olmayan idmançılar üzrə sərbəst və yunan-roma güləşi Dünya Çempionatı 12-20 iyun arasında Rusiyanın Valdimir şəhərində keçirilir. 

Teqlər