İranlı güləşçilərin növbəti uğuru
İranın sərbəst güləş üzrə yeniyetmələrdən ibarət komandası dünya çempionatında ilk 5 çəki dərəcəsi üzrə medal sahibi olub.
İRNA-nın məlumatına görə, bazar ertəsi günü Xorvatiyanın paytaxtı Zaqreb şəhərində start götürən sərbəst güləş üzrə yeniyetmələrarası dünya çempionatında Əmir Hüseyn Zare 110 kq çəki dərəcəsində qızıl medalın sahibi olub. Məhəmməd Rza Qiyasi və Məhəmməd Kərimi isə 80 və 65 kiloqram çəki dərəcələrində müvafiq olaraq gümüş və bürünc medala yiyələniblər.
Rəhman Əmuzadə Xəlili və Əlirza Abdullahi isə 45 və 92 kq çəki dərəcələrində finalda iştiraka vəsiqə əldə ediblər. Seyid Ürfan Cəfəriyan da 51 kq çəki dərəcəsində üçüncü yer uğrunda mübrizə aparmalı olacaq. Əli Əkbər Fəzli də 60 kq çəki dərəcəsində məğlublar sırasında yer alır.
Yerdə qalan çəki dərəcələri üzrə final mərhələsi çərşənbə günü keçiriləcək.