İran Asiya çempionu oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i318159-İran_asiya_çempionu_oldu
Hindistanda keçirilən sərbəst güləş üzrə gənclərin Asiya Çempionatı İran yığma komandasının çempionluğu ilə sona çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2018 15:10 Asia/Baku
  • İran Asiya çempionu oldu

Hindistanda keçirilən sərbəst güləş üzrə gənclərin Asiya Çempionatı İran yığma komandasının çempionluğu ilə sona çatıb.

İranın gənclərdən ibarət yığma komandası 5 qızıl, 4 bürünc medalla Asiya Çempionatının qalibi olub.

Bundan öncə İranın yunan-roma güləşi üzrə gənclərdən ibarət yığma komandası 6 qızıl, 3 gümüş və bir bürünc medal və 225 xalla Asiya birincisi olmuşdu.

Sərbəst güləş üzrə gənclərin Asiya Çempionatı 21 və 22 iyulda Hindistan paytaxtı Yeni Dehlidə keçirilib.