İran Macarıstanda keçirilən güləş yarışlarında daha bir bürünc medal qazandı
Okt 23, 2018 10:57 Asia/Baku
İranlı güləşçi Əlirza Kərimi Macarıstanın paytaxtı Budapeştdə keçirilən sərbəst güləş üzrə dünya çempionatının davamında 92 kq çəki dərəcəsində bürünc medalın sahibi olub.
İRNA-nın məlumatına görə, Əlirza Kərimi bazar ertəsi günü 92 kq çəki dərəcəsində gürcüstanlı rəqibli Dato Marsaqişvili ilə qarşılaşıb. Görüş 12-1 hesabı ilə İranlı güləşçinin xeyrinə başa çatıb.
İranın sərbəst güləş üzrə milli komandası bundan öncə 86 və 125 kq çəki dərəcələrində 2 bürünc medal əldə etmişdi.
"Budapeşt-2018" dünya güləş çempionatı 20 oktyabrda Macarıstanda start götürüb. Yarışlar 28 oktyabra kimi davam edəcək.