İranın gənc vaterpolçularının uğuru
İranın gənc vaterpolçuları 19 yaşından aşağı gənclərin Asiya çempionatının ikinci görüşündə bu yarışları keçirən Özbəkistanın komandasına qalib gəliblər.
İranın gənclərdən ibarət milli su polosu komandası 6-cı Asiya çempionatında bu gün özünün ikinci görüşündə Özbəkistan komandasını arxada qoya bilibdir. Belə ki, bu yarışın birinci hissəsi 8-4 hesabı ilə İranın xeyrinə qurtarıb. İkinci hissədə də İran vaterpolçuları öz üstünlüklərini qoruyub saxlayaraq, oyunu 15-7 hesabı ilə başa vurublar.
İran yığması sabah Tehran vaxtı ilə saat 15-10 dəqiqədə Çin millisi ilə yarışacaq.
İranın gənclərdən ibarət milli su polosu komandası Qazaxıstan, Yaponiya, Çin, Cənubi Koreya və Özbəkistan yığmaları ilə yanaşı bu yarışlarda iştirak edir. Komandalar qrup formasında bir-biriləri ilə mübarizə aparırlar.
Oktyabrın 24-dən Özbəkistanın paytaxtı- Daşkənd şəhərində başlanmış gənclərin su polosu üzrə 6-cı Asiya çempionatı bu ayın 28-dək davam edəcək.