İran taekvondoçuları dünya çempionu olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i328762-İran_taekvondoçuları_dünya_çempionu_olublar
İranın gənc taekvondoçuları dalbadal beş qələbə ilə inamla əmirliklərdə keçirilən komanda üzrə 22-ci dünya çempionatının qalibi olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2018 18:06 Asia/Baku
  • İran taekvondoçuları dünya çempionu olublar
    İran taekvondoçuları dünya çempionu olublar

İranın gənc taekvondoçuları dalbadal beş qələbə ilə inamla əmirliklərdə keçirilən komanda üzrə 22-ci dünya çempionatının qalibi olublar.

İranı təmsi edən Vəraminin Şəhredari komandası bu yarışların ikinci qrupunda Azərbaycan Respublikası, Çin və Özbəkistandan olan komandalara qalib gələrək, yarımfinala çıxıbdır.

İran nümayəndələri yarımfinalda da Qazaxıstan komandasını məğlub edərək, finala vəsiqə qazanıbdır. Onlar final görüşündə Rusiya taekvondoçularını 31-30 hesabı ilə məğlub edərək, çempion adını qazanıblar.

Azərbaycan Respublikası və Qazaxıstan müştərək şəkildə üçüncü yeri tutublar.