Noy 27, 2018 08:29 Asia/Baku
  • Uşaq və yeniyetmə teatrı festivalının bağlanış mərasimi
    Uşaq və yeniyetmə teatrı festivalının bağlanış mərasimi

Teatr xalqın həyatının keyfiyyətinin və dəyərlərin bəyanında əsl mediadır. Bu, bir ruh qidasıdır ki, bizim uşaqlarımız və yeniyetmələrimizə daha yaxşı və parlaq gələcəyə malik olmaqda kömək edə bilər.

Bu gün, 25-ci uşaq və yeniyetmə festivalı Həmədanda öz işini başa vurdu və qalibləri beş bölmədə- kiçikyaşlı, uşaq, yeniyetmə, beynəlxalq və küçə bölmələrində təqdim etdi.

Müsahibə:

Mən, Zeynəb Fəxxarəyəm- Xark adasından. "Müharibə oyunu" işi ilə ən yaxşı aktrisa mükafatını aldım.

Müsahibə:

Seyid Mehrdad Kavus Hüseyniyəm. "Siçan və Pişik" tamaşasına görə, ən yaxşı aktyor mükafatını aldım.

Bu festivalda 500-dən çox iranlı və xarici sənətçi iştirak edirdi ki, altı şad gün yaratmış olsun.

Bu festivalda 62 tamaşa var idi ki, onlardan 18 tamaşa müxtəlif ölkələrdən gəlmişdi.

Müsahibə:

Süleymaniyyə uşaq qrupu tərəfindən gəlmişəm. Həmədan şəhərinə, sizin qonaqpərvərliyinizə görə çox təşəkkür edirəm. Çox həzz aldım.

Müsahibə:

İnşaallah, bu sevinc və təbəssüm həmişə İran və dünya uşaqlarının dodaqlarında özünü büruzə versin.

İranın irşad nazirinin müavini cənab Seyid Moctəba Hoseyni teatrı, öhdəlikli bir iştirak adlandırdı ki, mədəniyyəti yüksəltməkdən və ictimai ruh yüksəkiliyi yaratmaqdan əlavə, cəmiyyətdə nöqsansız məktəblərin formalaşmasına zəmin yarada bilər.

Bu festivalda İranda bir çox kukla proqramının yaradıcısı olmuş xanım Məryəm Səadətin və bir neçə veteranın anım mərasimi keçirildi ki, yaxın keçmişə aid olan bu sənətçilərin xatirələri də yad edilmiş olsun.

Teatr festivalının sonu. Uşaq və yeniyetmə sənətsevərlər və sənətçilər üçün digər bir vurğuncasına fəaliyyətin başlanğıcı.

Teqlər