Yan 10, 2019 14:13 Asia/Baku

"Para-Asiya 2019" velosiped yarışlarında İran İslam Respublikasını təmsil edən atlet gümüş medal qazanıb.

İRNA-nın məlumatına görə, 8 yanvarda İndoneziyanın paytaxtı Cakartada start götürən bu yarışlarda Mehdi Məhəmmədi "Para cycling" növü üzrə fərdi yarışlarda ikinci olub. Bu yarışların qalibi indoneziyalı velosipedçi olub. 

Məhəmmədi 2018-ci ildə keçirilən Asiya çempionatında elə bu növ yarışlarda qızıl medala yiyələnmişdi. 

Asiya velosiped yarışları 2020-ci il Tokio Olimpiya oyunlarında iştiraka vəsiqə əldə etmək üçün önəmli yarışlardan biridir. 

Para Asiya - 2019 velosiped yarışları 13 yanvara kimi davam edəcək. 

Teqlər