İyul 28, 2019 14:55 Asia/Baku
  • 2012-ci il London olimpiya oyunlarının qızılı iranlı güləşçiyə çatıb
    2012-ci il London olimpiya oyunlarının qızılı iranlı güləşçiyə çatıb

İranın 120 kiloqram çəki dərəcəsi üzrə güləşçisi Komeyl Qasemi özbəkistanlı güləşçinin dopinqinin müsbət olması ilə 2012-ci il London olimpiya oyunlarının qızıl medalına sahib çıxıbdır.

Ümumdünya Güləş İttifaqı dünən bir məlumatda bildirib ki, özbəkistanlı Artur Taymazovun analizi qadağan olunmuş maddədən isifadəyə görə, müsbətdir.

Bu məlumatda sonra deyilir: Taymazov 2012-ci il London olimpiya oyunlarında sərbəst güləş üzrə 120 kiloqram çəki dərəcəsində qızıl medal almışdı. Onun medallar cədvəlindən silinməsilə İrandan olan Komeyl Qasemi qızıl medalın sahibi olacaqdır.

Maraqlı burasıdır ki, özbək Taymazov son vaxtlar dopinqin müsbət elan olunmasına görə, 2008-ci il Pekin olimpiya oyunlarının qızıl medalını da itirmişdi və bu, bu sərbəst güləşçidən geri alınan ikinci olimpiya qızıl medalıdır.

 

 

Teqlər