İranın yeniyetmə sərbəst güləşçiləri dünya ikincisi oldular
Avq 01, 2019 09:14 Asia/Baku
İranın yeniyetmələrdən ibarət sərbəst güləş komandası yeddi medalla dünya ikincisi olub.
İranın yeniyetmələrdən ibarət sərbəst güləş komandası dünən gecə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələrin sərbəst güləş üzrə dünya çempionatının sonuncu günündə üç qızıl, üç gümüş və bir bürünc medal əldə edərək, bu çempionatda ikinci olubdur.
Bu yarışlarda Rusiya komandası dünya çempionu olubdur.
Yeniyetmələrin sərbəst güləş üzrə dünya çempionatı iyulun 29-dan 31-dək Bolqarıstanın Sofiya şəhərində keçirilibdir.