İranın yunan-roma güləş komandası Asiya çempionu olub
Fev 20, 2020 09:09 Asia/Baku
İran komandası Hindistanda keçirilən yunan-roma güləşi üzrə Asiya çempionatında doqquz medal əldə edərək, çempion adını qazanıb.
Yunan-roma güləşi üzrə 30-cu Asiya çempionatı fevralın 18-i və 19-da Hindistanın paytaxtı Yeni Dehlidə keçirilib.
İran komandası bu yarışların sonunda beş qızıl, bir gümüş və üç bürünc medal qazanaraq, çempion olubdur.
İranlı güləşçilər 30-cu Asiya çempionatında 190 xal toplayaraq, birinci olublar. Özbəkistan və Qazaxıstan komandaları da müvafiq olaraq, 146 və 136 xalq toplayaraq, ikinci və üçüncü pillələrdə durublar.