Sabah Yupiter və Saturnun böyük birləşməsi baş verəcək
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i370979-sabah_yupiter_və_saturnun_böyük_birləşməsi_baş_verəcək
Kosmosda Yupiter və Saturnun böyük birləşməsi 21 dekabr axşamı müşahidə edilə bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2020 13:06 Asia/Baku
  • Sabah Yupiter və Saturnun böyük birləşməsi baş verəcək

Kosmosda Yupiter və Saturnun böyük birləşməsi 21 dekabr axşamı müşahidə edilə bilər.

SəhərAzəri “RİA Novocti”yə istinadən xəbər verir ki, bu barədə astronom Aleksandr Yakuşeçkin məlumat verib.

Rusiyada bu astronomik hadisə ən yaxşı cənub bölgələrində müşahidə ediləcək.

Astronomun sözlərinə görə, 21 dekabr 2020-ci ildə yer üzündə yaşayan insanlar Yupiter və Saturnun birləşməsi deyilən çox möhtəşəm bir hadisəni izləyə bilər.

Aleksandr Yakuşeçkin onu da bildirib ki, astronomiyada planetlərin birləşməsi müşahidəçi üçün səma sferasında vizual yaxınlaşma anıdır, planetlər arasında isə böyük bir məsafə ola bilər.