Messi Piçiçi mükafatını yeddinci dəfə olaraq qazandı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i371054-messi_piçiçi_mükafatını_yeddinci_dəfə_olaraq_qazandı
İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messi Piçiçi mükafatına layiq görülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2020 04:22 Asia/Baku
  • Messi Piçiçi mükafatını yeddinci dəfə olaraq qazandı

İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messi Piçiçi mükafatına layiq görülüb.

SəhərAzəri xəbər verir, "Barselona" klubu rəsmi saytında bu barədə bildirib ki, argentinalı hücumçu Lionel Messi La Liqanın ən yaxşı bombardiri üçün nəzərdə tutulan kuboka yiyələnib. O, ötən mövsüm 25 qol vurub. 33 yaşlı forvard karyerasında 7-ci dəfə Piçiçi Kubokunu əldə edib.
Qeyd edək ki, Lionel Messi bu mövsüm La Liqada 13 oyuna 6 qol vurub.