Dek 29, 2020 19:53 Asia/Baku
  • İran tələbəsi şahmat üzrə Asiya çempionu olub

Asiya universitetlərinin oğlan tələbələrinin onlayn şahmat yarışları İrana bir fərdi qızıl medal, komanda səviyyəsində isə gümüş medal qazandırmaqla başa çatıbdır.

SəhərAzəri xəbər verir, Asiya universitetlərinin oğlan tələbələrinin onlayn şahmat yarışlarının sonuncu günü bu gün keçirilib və şahmatçılar son üç mərhələdə bir-birilərilə rəqabət aparıblar. Yarışlar Xəlil Mousəvinin fərdi görüşlərdə qızıl medal, İran komandasının isə ikinci yer əldə etməsilə sona çatıb.

48 tələbənin iştirakı ilə keçirilən fərdi sıralama görüşlərində şahmat üzrə iranlı beynəlxalq usta Xəlil Mousəvi sonuncu turda İndoneziyadan olan FİDE ustası ilə bərabərliyi qəbul edərək, öz xallarının sayını yeddi tam onda beşə çatdırıb və inamla Asiya çempionu olubdur.

Beləliklə tələbələrin Asiya üzrə 2020-ci il şahmat çempionatı İranın qızlardan ibarət yığma komandasının üçüncü, oğlan seçmə komandasının isə ikinci yerləri qazanmaları, eləcə də Xəlil Mousəvinin fərdi yarışlarda çempion olması ilə başa çatıbdır.

Teqlər