Fəğani son on ildə dünyanın ən yaxşı hakimləri arasında
Futbol üzrə beynəlxalq dərəcəli hakim Əlireza Fəğani son on ildə dünyanın ən yaxşı hakimləri arasında qərar tapıb. Futbol üzrə beynəlxalq dərəcəli hakim Əlireza Fəğani son on ildə dünyanın ən yaxşı hakimləri arasında qərar tapıb.
SəhərAzəri xəbər verir, bundan əvvəl 2020-ci ildə Asiya üzrə ən yaxşı futbol hakimi seçilmiş iranlı hakim Əlireza Fəğani dünya reytinqində 19-cu yerdə durubdur.
Asiya hakimləri arasında bu siyahıda yalnız iki nəfərin- İrandan Əlireza Fəğaninin və Özbəkistandan Roşən İrmatovun adları qeyd olunubdur.
Alman hakim Feliks Briş son on ildə dünyanın ən yaxşı hakimi seçilib.
Beynəlxalq Tarix və Statistika Federasiyası 2021-ci ilin və yeni onilliyin başlanmasına görə, son on ildə dünya futbolunun ən yaxşı simalarını da təqdim edibdir.