Tarixdə ilk dəfə bitkoynla futbolçu alınıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i372297-tarixdə_ilk_dəfə_bitkoynla_futbolçu_alınıb
İspaniyalı futbolçu David Barral tarixə düşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 21, 2021 07:42 Asia/Baku
  • Tarixdə ilk dəfə bitkoynla futbolçu alınıb

İspaniyalı futbolçu David Barral tarixə düşüb.

SəhərAzəri xəbər verir, 37 yaşlı hücumçu transferi kriptovalyuta ilə gerçəkləşən ilk futbolçu olub.

O, İspaniyanın 3-cü divizion təmsilçisi “Rasinq”dən eyni liqada çıxış edən “İnternasional Madrid”ə keçib. Transferin bitkoynla reallaşması “İnternasional Madrid”in “Criptan” platforması ilə əməkdaşlığı sayəsində mümkün olub. Bu klubun sahibkarlarından biri də tanınmış qapıçı Tibo Kurtuadır.

Qeyd edək ki, veteran forvard karyerası ərzində “Kastilya”, “Levante”, “Qranada” və “Sportinq Xixon” kimi klublarda oynayıb.