İranlı atlet Fransada qapalı atletizm yarışlarında çempion olub
Yan 23, 2021 18:42 Asia/Baku
İranın ən sürətli atleti Fransada keçirilən zal daxili qaçış yarışlarında çempion olub.
SəhərAzəri xəbər verir ki, İranın ən sürətli kişisi olan "Həsən Təftiyan", Fransanın qapalı qaçış yarışlarında 6,68 saniyə ilə çempionluğu əldə edib.
Təftiyandan sonra ikisi də Fransadan olan Ryan Zezə və Marvin Rene ikinci və üçüncü pillədə qərarlaşıblar.
İranlı olimpiya atleti Həsən Təftiyan, Asiya çempionatı və Tokio Olimpiya Oyunları üçün hazırlaşmaq məqsədilə bir neçə gündür Fransada məşq düşərgəsindədir.
Təftiyan 2019-cu ilin avqust ayında fransız məşqçisi Ontanon Qayın rəhbərliyi ilə Parisin Diamond Liqası yarışlarında iştirak edib və 10, 03 saniyə ilə Tokiyo Olimpiya Oyunlarına vəsiqə qazanıb.