İranlı veteran futbolçu koronavirusdan vəfat edti
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i372591-İranlı_veteran_futbolçu_koronavirusdan_vəfat_edti
İranlı veteran futbolçu Mehrdad Minavənd koronavirus infeksiyası səbəbindən 46 yaşında vəfat edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 28, 2021 07:07 Asia/Baku
  • İranlı veteran futbolçu koronavirusdan vəfat edti

İranlı veteran futbolçu Mehrdad Minavənd koronavirus infeksiyası səbəbindən 46 yaşında vəfat edib.

SəhərAzəri xəbər verir ki, koronavirus infeksiyası səbəbindən neçə gün Tehranın xəstəxanalarından birində müalicə alan İranın milli futbol komandasının sabiq oyunçusu çərşənbə günü gecə saatlarında vəfat edib.

Beynəlxalq Futbol Assosiasiyası (FIFA), Asiya Futbol Konfederasiyası (AFC) və dünyanın bir çox idman şəxsiyyətləri ayrı-ayrı müraciətlərdə Mehrdada Minavəndin vəfatı ilə əlaqədar başsağlığı veriblər.

"Mehrdad Minavənd" 30 noyabr 1975-ci ildə anadan olub və İranın Persepolis, Avstriyanın Sturm Qrats, Birləşmiş Ərəb Əmirliklərinin Əl-Şəbab və İranın Sepahan klublarında oynayıb.

Allah rəhmət eləsin.