Ərdəbilli qadın futboçunun İran və dünyada parlamaq yolundakı yüksəlişi
Elə uşaqlıqdan başında top, çəmən və qapı röyası vardı. Bu qız öz uşaqlıq anlarında böyük və bəlkə də çoxları üçün mümkünsüz görünən röyalarda yaşayır. Öz ciddi-cəhdi ilə İranın qadınlardan ibarət yığma futbol komandasına dəvət olunan və dəfələrlə «ən yaxşı qadın bombardir» ləqəbini qazanan ilk ərdəbilli qadın oldu.
SəhərAzəri xəbər verir, 12 yaşı, parlamaq üçün bir başlanğıc, top isə ən səmimi dostu olub. Polad iradə ilə yaşıl düzbucaqlıya qədəm qoyub.
Xanım Qiyayi Müqəddəm öz parlaq oyunları ilə ölkənin müxtəlif klublarında ölkənin qadın futbolunda olduqca böyük rola malik olub.
Böyük səylə o, ölkənin ən texniki kiçikyaşlı oyunçusu seçildi və 2005-ci ildə Hindistanda keçiriləcək Asiya seçmə yarışlarında iştirak etmək üçün yığma komandanın məşqlərinə dəvət olundu.
Bu ərdəbilli qadın idmançı öz oyunlarında parlamaqdan əlavə, hakimlik və məşqçilik sahələrində də parlaya və ilk dəfə olaraq, Ərdəbildə vilayət üzrə qadın futbol məktəbini təsis edə bilibdir.
Ərdəbil vilayətinin futbol heyətinin qadınlar üzrə sədr müavini Aynaz Qiyayi Moqəddəm Ərdəbilin üç qadın futbolçusunun yüksək liqanın klublarına qoşulmasından xəbər verib.
Bu oyunçu günəş təqvimi ilə 1398-99-cu futbol mövsümündə İranda qadın futbolu üzrə yüksək liqanın yarışlarında, 18-ci həftənin sonunadək 27 qol vuraraq, liqanın ən yaxşı qadını bombardiri adını qazanıbdır.