2021-ci il üçün smartfonların xüsusi özəllikləri qeyd edilib
021-ci ildə bazarda aksesuarlar üçün giriş yuvası nəzərdə tutulmayan və yeni tip ekranlı telefonlar görünəcək. Bu barədə “PhoneArena” nəşrinin materialında məlumat verilib.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki,Jurnalistlər smartfonlar bazarı ilə bağlı şayiələrə və proqnozlara əsaslanaraq, ilin sonuna qədər orada üstünlük təşkil edəcək trendlər haqda məlumat verib.
Mütəxəssislər, 2021-ci ildə ekranın altında yerləşdiriləcək ön kameralı bir neçə smartfonun təqdim ediləcəyini hesab edir. Bazarda ilk dəfə “ZTE Axon 20 5G” telefonunda ekranın altında selfi kamerası görsəndi, lakin bu hələ bazarda qalan digər şirkətləri cəlb etmədi. Jurnalistlər yaxın aylarda, mümkün qədər sürətli enerji doldurmanı dəstəkləyən cihazların təqdim ediləcəyini bildirir. Eyni zamanda cihazın yarım saat ərzində və ya adha sürətli 100 faiz enerji yığa biəcəyi qeyd edeilir. Materialda ayrıca, 2021-ci ildə bazarda, heç bir giriş-çıxışı olmayan cihazların təqdim edilməsi gözlənilir. Sonda jurnalistlər aparıcı telefon istehsalçılarının artıq yeni bir ekran növü – “microLED” üzərində çalışdıqlarını qeyd edib. Onların fikrincə, bu cür ekranlar ilin sonuna qədər flaqman smartfonlarında görsənəcək.