Mart 03, 2021 09:58 Asia/Baku
  • İngiltərə Premyer Liqasının ən yaxşı bombardirləri aşıqlanıb; Misirli ulduz liderdir

Liverpul klubunun müsəlman və misirli ulduzu İngiltərə Premyer Liqasının ən yaxşı bombardirləri siyahısında liderdir.

SəhərAzəri xəbər verir ki,  İngiltərə Premyer Liqasının oyunları davam edir və Liverpool-un bu mövsüm zəif çıxışına baxmayaraq, misirli ulduzu Məhəmməd Salah nüfuzlu liqanın ən yaxşı bombardirləri siyahısında liderdir.

Salah cari mövsümdə 17 dəfə rəqib qapılarını açmağa müvəffəq olub. Siyahıda ikinci yerdə "Mançester Yunayted" in yarımmüdafiəçisi Bruno Fernandez qərarlaşıb.

O, 15 qolun müəllifi olaraq, ikinci pillədədir. Üşüncü pillə isə 14 qolla Tottenhem komandasının oyunçusu Harri Keynə məxsus olub.

Tottenhemdən Son Heunq-min və Lester Siti-dən Patrik Bamford 13 qolla dördüncü və beşincidirlər.

Teqlər