Mart 12, 2021 09:32 Asia/Baku
  • Türkiyə turnirində iranlı taekvondoçu qadınların üç medalı

İranın taekvondo üzrə qadınlardan ibarət yığma komandası Türkiyə beynəlxalq turnirində daha üç medal qazanıb.

SəhərAzəri xəbər verir, mənfi 53, mənfi 57 və mənfi 67 kiloqram çəki dərəcələrində ikinci günün görüşləri keçirilib.

İranlı qadın taekvondoçular- Qəzəl Soltani, Nahid Kiyani, Kosər Əsase və Melika Mir Hoseyni bu görüşlərdə İran yığmasını təmsil ediblər.

Sonda Soltani gümüş, Kiyani və Mir Hoseyni bürünc medallar qazanıblar. Beləliklə iranlı qadın taekvondoçuların bu turnirdəki medallarının sayı altı ədədə çatıb.

Yarışların ilk günündə də Zəhra Pouresmaili tərəfindən bir qızıl, Pərisa Cəvadi və Yəlda Vəlinejad tərəfindən isə iki bürünc medal əldə olunmuşdu.

Taekvondo üzrə səkkizinci Türkiyə beynəlxalq turniri yuxarı yaşlılar qrupunda 535 taekvondoçunun iştirakı ilə çərşənbə günündən İstanbul şəhərində başlanıb və bu gün, cümə gününədək davam edəcək.

Teqlər