Futbolda ofsaydla bağlı yeni qayda təsdiqləndi
Mart 18, 2021 18:49 Asia/Baku
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyundankənar vəziyyətlərin müəyyənləşdirilməsi qaydalarında dəyişiklikləri təsdiqləyib.
SəhərAzəri xəbər verir ki, yeni qaydalara görə, qapıçılar da daxil olmaqla, hücum edən komandanın oyunçularının əlləri və ya qolları rəqibdən öndə olarsa, bu, ofsayd hesab olunmayacaq.
Eyni xətt prinsipi qolun yuxarı hissəsindən, yəni qoltuq altından hesablanacaq.
Qeyd edək ki, IFAB daha əvvəl əllə oyun qaydalarında dəyişikliyi təsdiqləyib.