Mart 22, 2021 16:57 Asia/Baku

İtaliyanın "Yuventus" klubunun direktoru bildirib ki, onlar Kriştianu Ronaldonun müqaviləsini uzatmaq qərarına gəliblər.

SəhərAzəri xəbər verir ki, "Yuventus"un icraçı direktoru Fabio Paratisi Kriştianu Ronaldonun komandadan ayrılmasına qərar vermədiklərini bildirib.

Məsələyə səbəb odur ki, bu portuqaliyalı oyunçunun iştirakının davam etməsi Yuventus-a ildə 65 milyon dollara başa gələcək. Klubda isə onun təminatı ilə bağlı problemlər var.

Bu mətləbi qeyd edən "Yuventus"un icraçı direktoru eyni zamanda deyib: Biz Kriştianu Ronaldonu saxlamaq qərarına gəlmişik. O, dünyanın ən yaxşı oyunçusudur.

O, sonra deyib: Ötən mövsümdən başlanan bir layihəmiz var. Bir görüş və onun nəticəsi bizim baxışımızı və ya strategiyamızı dəyişməyəcək. Biz yolumuzu davam etdirəcəyik və bu yolda olmağa görə, xoşbəxtik.

Hazırda Madridin «Real», Parisin «Paris Sen-Jermen» klubları Ronaldunu cəzb etməyə hazırdırlar.

Teqlər